Sumqayıt sakini özünü 14-cü mərtəbədən atdı
25 oktyabr 2016 10:04 (UTC +04:00)

Sumqayıt sakini özünü 14-cü mərtəbədən atdı

0

Sumqayıtda intihar hadisəsi baş verib.

 

Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, bu barədə Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib. Hadisə oktyabrın 24-də axşam saatlarında şəhərin 45-ci məhəlləsində baş verib. Sumqayıt şəhərində yaşayan Əliyev Nurəddin Çingiz oğlu özünü 14 mərtəbəli yaşayış binasının damından ataraq intihar edib. N.Əliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 323

Oxşar yazılar