Noyabrın 4-də Siyəzən rayonunun Dağ Quşçu kəndindən rayon sakini Mehman Rzayev döş qəfəsindən aldığı qırma yarası ilə xəstəxanaya gətirilib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, araşdırmalar zamanı M.Rzayevin Sumqayıt şəhər sakini Elşad Quliyevin özünə məxsus ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alması müəyyən edilib.
Siyəzən RPŞ əməkdaşları tərəfindən E.Quliyevdən müvafiq sənədləri olan "TOZ-16" markalı ov tüfəngi götürülüb.