Qaçaqmalçılıq yolu gətirilən telefonlar tapıldı
30 oktyabr 2016 00:46 (UTC +04:00)

Qaçaqmalçılıq yolu gətirilən telefonlar tapıldı

0

Gömrükçülər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən mobil telefonlar aşkarlayıblar. DGK Mətbuat Xidmətindən Lent.az-a verilən xəbərə görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı  mübarizə şöbəsinə daxil olan məlumat əsasında  Rusiya istiqamətindən  “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi  “Mersedes  Benz E 200 D” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

 

Yoxlama zamanı avtomobilin cihazlar panelindən gömrük nəzarətindən gizlədilən 7 ədəd “Samsung J1” markalı mobil telefon, 9 ədəd  mobil telefon üçün qidalandırıcı element, 10 ədəd telefon adapteri aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar