Bakıda piyadavurma hadisəsi qeydə alınıb. APA-nın xəbərinə görə, hadisə Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində baş verib. Məlumata görə, 1959-cu il təvəllüdlü Mehbalıyev Qələmdar yolu keçərkən avtomobil onu vurub. Xəsarət alan piyada sürücü tərəfindən dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanaya çatdırılaraq, əməliyyata götürülüb.
Q.Mehbalıyevin kəllə-beyin travması aldığı, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.