Ötən il nazirlərin keçirdikləri qəbullarda 9438 nəfər iştirak edib
14 fevral 2014 16:17 (UTC +04:00)

Ötən il nazirlərin keçirdikləri qəbullarda 9438 nəfər iştirak edib

Azərbaycanda 2013-cü ilin aprel-dekabr aylarında 24 mərkəzi icra hakimiyyəti orqanının rəhbərləri tərəfindən 48 şəhər və rayonda keçirilmiş qəbullarda ümumilikdə 67 şəhər və rayondan 9438 vətəndaş iştirak edib və 9447 müraciət təqdim olunub.

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun «Azərbaycan» qəzetində dərc olunmuş hesabat xarakterli məqaləsində bildirilib.

 

Qəbullarda iştirak etmiş 9438 vətəndaş ədliyyə (833 nəfər), əmək və əhalinin sosial müdafiəsi (796), kənd təsərrüfatı (790), iqtisadiyyat və sənaye (762), təhsil (742), fövqəladə hallar (606), vergilər (535), gənclər və idman (409), daxili işlər (353), mədəniyyət və turizm (339), ekologiya və təbii sərvətlər (327), səhiyyə (294), nəqliyyat (258), rabitə və informasiya texnologiyaları (151) nazirləri, baş prokuror (612), Əmlak Məsələləri (172), Ailə, Qadın və Uşaq Problemləri (127), Dini Qurumlarla İş üzrə dövlət komitələrinin (127), Dövlət Gömrük Komitəsinin (95) sədrləri, Dövlət Sərhəd Xidmətinin (191), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (256) rəisləri, Dövlət Sosial Müdafiə Fondunun (225), Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (220) sədrləri tərəfindən qəbul edilib.

 

Həmin qəbullarda mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinə təqdim edilmiş müraciətlərin 32 faizi müsbət həll edilib, 32,5 faizinə izahat verilib, 10,2 faizi icradadır, 6,4 faizi əsassız sayılıb, qalanları aidiyyəti üzrə göndərilib.

 

S.İsmayılov məqaləsində qeyd edib ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların qəbulu cədvəllərinin öyrənilməsi göstərir ki, Daxili İşlər, Səhiyyə nazirliklərində, Naftalan, Ağdaş, Cəbrayıl, Daşkəsən, Xocavənd, Qazax, Qəbələ, Samux, Səbail, Şəmkir şəhər və rayon icra hakimiyyətləri tərəfindən qəbul cədvəlləri daha yaxşı tərtib edilir. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əksəriyyətində bazar və bayram günləri istisna olmaqla, həftənin bütün günləri vətəndaşların qəbulu nəzərdə tutulur. Bəzi mərkəzi, yerli icra hakimiyyəti orqanlarında və digər qurumlarda isə vətəndaşların qəbul günləri, yaxud saatları məhdudlaşdırılır, qəbul günləri barədə qabaqcadan mətbuatda informasiya verilmir, qəbulları əsas şəxslər deyil, onları əvəz edənlər aparır, qəbulu təşkil edən səlahiyyətli şəxsin əlaqə nömrəsi göstərilmir ki, bu da qəbula yazılmanı çətinləşdirir. Bu nöqsanların bəzilərinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Hesablama Palatası, Auditorlar Palatası, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Dövlət Neft Şirkəti, "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Bakı şəhəri və onun bəzi rayonları, Gəncənin Kəpəz və Nizami, habelə Ağdam, Astara, Gədəbəy, Goranboy, Göyçay, Sabirabad, Tərtər, Zərdab rayon icra hakimiyyətlərində və digər qurumlarda təsadüf edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 627
avatar

Oxşar yazılar