Oktyabrın 17-də piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş şəxs ələ keçib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ayın 17-də Bakı şəhər sakini Fəxrəddin Camalovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Opel" markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini Tərlan Abdullayev saxlanılıb.