Oğurluq etmək istəyən şəxslər yaxalanıb
05 noyabr 2016 19:13 (UTC +04:00)

Oğurluq etmək istəyən şəxslər yaxalanıb

0

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 2-də Gəncə şəhər sakini Musa Mayılova məxsus "VAZ-2101" markalı avtomobildən maqnitofon və yaddaş qurğusu oğurlamaqda şübhəli bilinən şəxslər ələ keçib.

Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, bunlar şəhər sakinləri Röyal Əliyev və Vidadi Aslanov olub.

 

Noyabrın 4-də 23:44 radələrində isə Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan İlqar Yusubova məxsus evdən Binəqədi rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.  Dərhal hadisə yerinə gələn  RMİ əməkdaşları tərəfindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rafayel Ağamalıyev saxlanılaraq 6-cı PB-yə təhvil verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 395

Oxşar yazılar