Nərimanovda evdə yanğın baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda üçmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 18 m2 olan 2 otaqlı mənzilin eyvanının taxta konstruksiyası 2 m2 sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.