Metroda bomba həyəcanı: yalançı yaxalandı
05 noyabr 2016 12:50 (UTC +04:00)

Metroda bomba həyəcanı: yalançı yaxalandı

0

 

 

Noyabrın 4-də saat 12.10 radələrində naməlum şəxs metronun "20 Yanvar" stansiyasına bomba qoyulması və 13 dəqiqədən sonra partlayacağı barədə DİN-in "102" Zəng Mərkəzinə məlumat vermişdi.

 

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN) saytına istinadən məlumatına görə, dərhal aparılan araşdırmalarla zəng edən şəxsin Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Şahlar Həsənov olması müəyyən edilib.

 

Metropolitendə Polis Şöbəsi və Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Həsənov tutulub.

 

Qeyd edək ki, faktla əlaqədar cinayət işi başlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 383

Oxşar yazılar