Yanvarın 4-də Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batan şəxsin kimliyi bəlli olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, çayda boğulmuş 1996-cı il təvəllüdlü Abbasov Araz Rafiq oğlunun cəsədi yanvarın 5-də Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən 200 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
11:03
Mingəçevirdə 1 nəfər çayda batıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində 1 nəfərin Kür çayında batması ilə bağlı məlumat daxil olub. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıb.
Əlavə məlumat veriləcək.