Kafe yandı, 12 nəfər təxliyə edildi
08 noyabr 2016 13:24 (UTC +04:00)

Kafe yandı, 12 nəfər təxliyə edildi

0

 

Sumqayıt şəhərində yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 25 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları və  mətbəx əşyaları 8 m2 sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 12 nəfər bina sakini təxliyə olunub. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 12:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 279

Oxşar yazılar