Bakının Xətai rayonunda hündür mərtəbəli binada 2 nəfər texniki işçi hündürlükdə köməksiz vəziyyətdə qalıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq hərəkətsiz qalmış platformadan vətəndaşları mənzilə qaldıraraq xilas olunmasını təmin ediblər.