Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddənin cəzaçəkmə müəssisəsinə keçirilməsi cəhdinin qarşısı alınıb. Lent.az-ın Penitensiar Xidmətin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 5 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşı, ədliyyə leytenantı Elvin Valeh oğlu Qurbanovun nəzarət-buraxılış məntəqəsində üzərinə baxış keçirilən zaman corabının içərisində gizlədilmiş xalis çəkisi 103 qram olan narkotik maddə - “tiryək” aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.