DİN ovçunun ölümü barədə məlumat yaydı
24 oktyabr 2016 11:58 (UTC +04:00)

DİN ovçunun ölümü barədə məlumat yaydı

0

Daxili İşlər Nazirliyi Astara rayonunda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 21-də Astara rayonunun Kakalos kəndində yaşayan 59 yaşlı Sadir Rəhimov evindən çıxıb, geri qayıtmayıb.

 

Astara RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalarla S.Həbibovun kənd ərazisində ov edərkən yıxılması və ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində ölməsi müəyyən edilib.

 

Hadisə yerinə baxış zamanı oradan “TОЗ-63” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar