Davudoğlu Gəncədə Osmanlı bayrağı saxlanılan evdə oldu – <span style="color:red;">Eksklüziv
19 fevral 2014 22:01 (UTC +04:00)

Davudoğlu Gəncədə Osmanlı bayrağı saxlanılan evdə oldu – Eksklüziv

Türkiyənin xarici işlər naziri Əhməd Davudoglu bu gün Gəncədə Nuru Paşanın 1918-ci il mayın 25-də Gəncəyə gətirdiyi sonuncu Osmanlı bayrağının saxlanıldığı evə baş çəkib.

 

Lent.az-a verilən məlumata görə, türkiyəli nazir bayrağı qoruyub, saxlamış ailənin üzvləri ilə görüşüb, onlara hədiyyələr təqdim edib.

 

Ə.Davudoğlu ailənin başçısı, bayrağı kommunistlərdən qoruyaraq, evin damında gizlətmiş Əli Hüseynovun oğlu Füzuli Hüseynovla söhbətində bayrağın tarixi bir tapıntı olduğunu vurğulayıb və bunu üzə çıxarmış insanlara təşəkkürünü bildirib: “Bu, tarixi bir əmanətdir. Sagolun ki, bu əmanətə belə sayğı ilə yanaşırsınız. İnanıram ki, bundan sonra da bayrağı göz bəbəyiniz kimi qoruyacaqsınız”.

 

Bayraqla bağlı detallı məlumatları türkiyəli nazirlə bölüşən F.Hüseynov onun azərbaycanlı jurnalist Nicat Dağlar tərəfindən aşkara çıxarılaraq, ictimailəşdirildiyini bildirib: “Mən çox şadam ki, Türkiyə mediası da bayraqla bağlı xəbərlərə biganə qalmadı, aparıcı qəzet və telekanallar məsələ ilə bağlı geniş materiallar təqdim etdilər”.

 

Görüşdə Ə.Davudoğlunu Türkiyədən gəlmiş qonaqlar, qardaş ölkənin Azərbaycandakı səfiri, eləcə də Gəncə şəhər icra hakimiyyəti başçısının müavini müşayiət edib. Görüş Türkiyə telekanalları tərəfindən lentə alınıb.

 

Xatırladaq ki, sözügedən bayraqla bağlı ilk məlumatı Lent.az təqdim edib və bundan sonra məsələ Türkiyə mediasının və rəsmi dairələrin diqqətini çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3566
avatar

Oxşar yazılar