Bir sutkada 15 nəfər dəm qazından zəhərlənib
16 fevral 2014 13:01 (UTC +04:00)

Bir sutkada 15 nəfər dəm qazından zəhərlənib

Fevralın 15-də sutka ərzində 15 nəfər dəm qazından zəhərlənib. Ümumilikdə isə bu ayın 10-dan 15-nə kimi 71 nəfər dəm qazından zəhərlənib.

 

Bunlardan 49-nun vəziyyəti ağır olduğundan təcili xəstəxanaya yerləşdirilib. Bu barədə məlumatı  APA TV-yə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildiriblər.

 

Stansiyadan verilən məlumata görə, bu müddət ərzində cəmi 3 nəfər qida zəhərlənməsi ilə müraciət edib. İstər qida, istərsə də  dəm qazından zəhərlənməyə görə dünyasını dəyişən olmayıb. Dəm qazından zəhərlənmə daha çox  həyət evlərində qeydə alınsa da bina evlərində də sayı az olmayıb. Buna isə evlərdə quraşdırılmış su qızdırıcısı səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1658
avatar

Oxşar yazılar