Binəqədidəki partlayışla bağlı cinayət işi başlanıb
13 fevral 2014 22:32 (UTC +04:00)

Binəqədidəki partlayışla bağlı cinayət işi başlanıb

Bakıda dörd nəfərin yaralanması ilə nəticələnən partlayış hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, həmin faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

 

Qeyd edək ki, bu gün Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində yerləşən ümumi sahəsi 600 kv.m olan yarımçıq tikilinin zirzəmi hissəsində partlayış hadisəsi baş verib. Partlayışın təsirindən tikilinin dəmir-beton konstruksiyalı sütunları dağılıb, beton tavan çöküb və bəzi yerlərdə açıq alov mənbəyi müşahidə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Partlayış nəticəsində 4 nəfər xəsarət alıb

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 869
avatar

Oxşar yazılar