Bədən Tərbiyəsi Akademiyasının laborantı  özünü öldürdü
21 fevral 2014 15:42 (UTC +04:00)

Bədən Tərbiyəsi Akademiyasının laborantı özünü öldürdü

Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasında binadan yıxılaraq ölən şəxsin intihar etdiyi məlum olub.


 

Bu barədə APA-ya Nərimanov rayon Polis İdarəsindən bildirilib.

 

Məlumata görə, Akademiyada laborant işləyən, 1970-ci il təvəllüdlü Fuad Kamil oğlu Rzayev intihar etməzdən əvvəl məktub yazıb. O, məktubda intiharının ailə problemləri ilə bağlı olduğunu açıqlayıb. Mərhum ölümündə heç kimin günahı olmadığını qeyd edib.

 

Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1473
avatar

Oxşar yazılar