Bakıda qızların cibinə girən kişi tutuldu
02 noyabr 2016 11:57 (UTC +04:00)

Bakıda qızların cibinə girən kişi tutuldu

0

Bakıda oğurluqda şübhəli bilinən şəxs yaxalanıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 1-də və 10-da paytaxt sakinləri Zaira Abuzərovanın və Aysel Mürsəllinin çantalarından pul, mobil telefon və sənədlər oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Hüseynov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 28-də metronun "Nizami" stansiyasında paytaxt sakini Şəbnəm Babayevanın cibindən mobil telefon oğurlaması da müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 275

Oxşar yazılar