Bakıda qaraj və içərisindəki “Mercedes” yandı
27 oktyabr 2016 01:07 (UTC +04:00)

Bakıda qaraj və içərisindəki “Mercedes” yandı

0

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının  Xətai rayonunda ümumi sahəsi 45 m² olan bir-birinə bitişik 3 ədəd qarajın yanar konstruksiyaları və içərisində vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

 

Digər bitişik qaraj yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar