Bakı dələduzluqla məşğul olan qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 2013-cü ilin mart-noyabr aylarında İlhamə adlı qadın etibarlarından sui-istifadə edərək, Bakı şəhər sakinləri Əzizə Hətəmovadan 3830 manat, Mahir Fərzəliyevdən 6650 manat, Məhəbbət İsmayılovadan 7000 manat, Əminə Məhərrəmovadan 4500 manat və Rəna Yusifovadan 2000 manat alıb qaytarmayıb. Binəqədi RPİ 6-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən İlhamə Xəlilova tutulub.
Araşdırmalar davam etdirilir.