Bakıda yol qəzasında yaralanan şəxs ölüb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 9-da saat 13 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində Bakı şəhər sakini Novruzağa Xalıqov idarə etdiyi “AzSamand” markalı avtomobillə yolu keçən paytaxt sakini Nikolay Bryansevi vurub. Xəstəxanayan yerləşdirilmiş piyada oktyabrın 26-da orada ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.