Daxili İşlər Nazirliyi yeni il günü ehtiyatsızlıqdan pirotexniki məmulatın partlaması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.
Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, Sumqayıt şəhər sakinləri Emin Ağayev və azyaşlı Ayan Quluzadə əl barmaqlarından, Samir Quliyev və Qoşqar Mirzəyev göz nahiyələrindən aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
A.Quluzadənin əlinin bir barmağı amputasiya edilib.