Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Abşeron rayon sakini Tofiq Zeynalovu aldadaraq dələduzluq yolu ilə 1750 manatını almaqda şübhəli bilinən şəhər sakini Şükür Hacıyev saxlanılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən onun avqust ayında Məhəmməd Abbasovu da eyni üsulla aldadaraq 9200 manatını alması müəyyən edilib.
Araşdırma aparılır.