Ağdaş rayonunda intihar hadisəsi baş verib.
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün Ağdaşın Cücük kəndində qeydə alınıb.
Kənd sakini, 1969-cu il təvəllüdlü Vəliyev Fariz Məmmədnəbi oğlu kənd qəbiristanlığında atasının və nənəsinin məzarları arasında ov tüfəngi ilə sinəsinə atəş açaraq özünü öldürüb. İki uşaq atası olan Fariz Vəliyevin özünə qəsd etməsinin səbəbi hələlik tam məlum deyil.
İlkin məlumata görə, Ağdaş şəhərində televizor ustası və elektrik avadanlıqları mağazasında satıcı işləyən Fariz Vəliyev borcu olduğu üçün intihar edib. Hüquq-mühafizə orqanları araşdırma aparırlar.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.