[b]Mənzildə partlayış: xəsarət alan var[/b]
25 oktyabr 2016 23:50 (UTC +04:00)

[b]Mənzildə partlayış: xəsarət alan var[/b]

0

Gəncədə yaşayış evinin vanna otağında qaz sobası partlayıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Mahrasa Bağı adlanan yaşayış massivində yerləşən binada qeydə alınıb. Orada yaşayan Elçin Nağıyev yaşadığı evin vanna otağında çimərkən qaz sobası partlayıb və o yuxarı ətrafın 1-2 dərəcəli termiki yanıq xəsarətləri alıb. E. Nağıyev dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Vəziyyətinin orta ağır olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar