Bakının Yasamal rayonu ərazisində 59 yaşlı kişi lift şaxtasına düşərək ölüb.
“Report”un xəbərinə görə, rayonun A.M.Şərifzadə küçəsində inşa edilən hündürmərtəbəli binada fəhlə işləyən 1957-ci il təvəllüdlü Beytulla Hümbətov lift şaxtasına yıxılıb.
Zərərçəkən aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Tikinti işlərinin “İlqar-Company” MMC tərəfindən aparıldığı bildirilir.