<b>ATƏT nümayəndəsi:</b> ”Bu, Türkiyənin növbəti yanlış addımıdır”
07 fevral 2014 12:23 (UTC +04:00)

ATƏT nümayəndəsi: ”Bu, Türkiyənin növbəti yanlış addımıdır”

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç azərbaycanlı jurnalist Mahir Zeynalovun Türkiyədən deportasiya edilməsinə münasibət bildirib.


 

APA-nın xəbərinə görə, D. Miyatoviç özünün “Twitter” səhifəsində bu xəbərdən sarsıldığını deyib: “Bu, Türkiyədə mətbuat azadlığı sahəsində atılmış növbəti yanlış addımdır”.

 

Xatırladaq ki, Türkiyədə nurçulara məxsus, ingilis dilində nəşr edilən “Todays Zaman” qəzetinin redaktoru və yazarı, Azərbaycan vətəndaşı Mahir Zeynalov ölkədən deportasiya edilib. Deportasiya qərarı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın prokurorluğa şikayəti əsasında verilib. R. T. Ərdoğan şikayətində M. Zeynalovun “Twitter”də yazdığı mesajlarda həqarətə yol verdiyini, xalqı kin və düşmənçiliyə təhrik etdiyini bildirib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523
avatar

Oxşar yazılar