Türkiyəli gənclər Bakıdadır
04 fevral 2014 18:54 (UTC +04:00)

 Türkiyəli gənclər Bakıdadır

Millət vəkili Qənirə Paşayevanın və “Azeder” təşkilatının təşəbbüsü ilə türkiyəli gənc fəallardan ibarət 30 nəfərlik  qrup Azərbaycanda tanışlıq səfərində olub. Lent.az-ın məlumatına görə, ilk dəfə Azərbaycana gələn qardaş ölkə Türkiyənin gəncləri səfərin ilk günü Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət ediblər. 

 

 Qeyd edək ki, Türkiyəli gənc fəalların və liderlərin Azərbaycana tanışlıq səfəri ideyası millət vəkili Q. Paşayevanın Türkiyənin “Kanal-D” televiziyasının populyar “Gənc baxış” proqramında ötən ay çıxışı zamanı meydana çıxıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 721

Oxşar yazılar