Şirvanda ölümlə nəticələnən yol qəzası törətmiş sürücü tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 3-də saat 8:00 radələrində Şirvan şəhərinin H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Nəsibə Xəlilova vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Mitsubishi” markalı avtomobilin sürücüsü - Sabirabad rayon sakini Emin Abbasov saxlanılıb.
Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.