78 yaşlı kişini vurub öldürən sürücü tutuldu
24 oktyabr 2016 11:55 (UTC +04:00)

78 yaşlı kişini vurub öldürən sürücü tutuldu

0

Abşeron rayonunda piyadanı vuran avtomobilin sürücüsü tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 21-də saat 19 radələrində Abşeron rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini 78 yaşlı Nəsib Mustafayev vurulub. Xəstəxanaya gətirilmiş piyada orada ölüb.

 

Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Geely” markalı avtomobilin sürücüsü - rayon sakini Əbülfəz Rüstəmov saxlanılıb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 329

Oxşar yazılar