60 yaşlı piyadanı maşın vurdu
02 yanvar 2018 20:14 (UTC +04:00)

60 yaşlı piyadanı maşın vurdu

Hacıqabulda 60 yaşlı qadını avtomobil vurub.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Mercedes markalı minik maşını magistral yolun digər tərəfinə keçmək istəyən Saatlı rayonunun Qaranuru kənd sakini, 1957-ci il təvəllüdlü Bədəlova Gültac Məmmədhüseyn qızını vurub. Nəticədə başından xəsarət alan qadın Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 106
avatar

Oxşar yazılar