Parkda danışmaq adı ilə telefonu alıb qaçan  yeniyetmələr saxlanıldı
17 may 2024 15:58 (UTC +04:00)

Parkda danışmaq adı ilə telefonu alıb qaçan yeniyetmələr saxlanıldı

Mayın 15-də axşam saatlarında iki nəfərin Nəsimi rayonu ərazisində yerləşən parkda bir nəfər şəxsin mobil telefonunu danışmaq adı ilə alıb, talayaraq qaçmaları barədə polisə məlumat daxil olub.  

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2364
avatar

Oxşar yazılar