Zurab Jvaniyanın cəsədi açıla bilər
18 oktyabr 2013 05:36 (UTC +04:00)

Zurab Jvaniyanın cəsədi açıla bilər

Gürcüstanın baş naziri Zurab Jvaniya və Şərqi Gürcüstan əyaləti başçısının müavini Raul Yusupovun qəbirləri açıla bilər.

 

Lent.az-ın «Qruziya onlayn»-a istinadən məlumatına görə, bu haqda yerli informasiya vasitələrinin təmsilçiləri görüşündə baş nazir Bidzina İvanişivili bildirib.

 

«Nəticədə bu istintaq nəticəsində aydınlaşmalıdır. Bu yöndə işlər gedir. Söhbət həm də cəsədlərri açılmasında gedir. Prokurorluq mənə bildirdi ki, bu iş bərpa ediləcək. Qalanını gözləyək, görək nə olur» -deyə, hökumət başçısı deyib.

 

Ölkənin baş prokuroru Arçill Kbilaşvili də Z.Jvaniyanın ölümü ilə bağlı yeni dəlillərin olduğunu təsdiqləyib.

 

Raul Yusupovun atası da məsələ ilə bağlı yeni dəlillərin olduğunu və bu səbəbdən cəsədlərin açılacağını söyləyib.

 

Xatırladaq ki, Zurab Jvaniya və Raul Yusupovun meyiti  2005-ci il fevralın 3-də keçmiş baş nazirin Tiflisdəki mənzilində aşkarlanıb. Rəsmi istintaq materiallarına əsasən, onlar dəm qazından ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 892
avatar

Oxşar yazılar