Yaponiyada 5,8 ballıq zəlzələ
20 sentyabr 2013 00:01 (UTC +04:00)

Yaponiyada 5,8 ballıq zəlzələ

Yaponiyanın Xonsyu adasının şimal-şərqində, Fukusima prefekturasının rayonunda 5,8 bal gücündə zəlzələ olub.

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, yeraltı təkanlar 20 km dərinlikdə baş verib.

 

Təkanlar ölkənin şimal-şərqində qonşu prefekturalarda da hiss olunub.

Mənbə bildirib ki, qəza vəziyyətində olan «Fukusima-1» Atom Elektrik Stansiyasında dəyişiklik bağlı məlumat daxil olmayıb.

 

Sunami təhlükəsi elan edilməyib. Xəsarət alanlar və dağıntı barədə də məlumat yoxdur.  

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524
avatar

Oxşar yazılar