Volqoqradda üçgünlük matəm
21 oktyabr 2013 22:39 (UTC +04:00)

Volqoqradda üçgünlük matəm

Oktyabrın 22-də Volqoqrad vilayətində üç günlük matəm elan olunub.

 

Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, baş verən terrorını qurbanları yad etmək üçün yerli hakimiyyət bu haqda qərar qəbul edib.

 

«Həmin günlərə nəzərdə tutulan bütün əyləncəli təbirlər təxirə salınıb. Telekanallara əyləncəli verilişlər yayımlamamaq tövsiyə edilib. Bütün dövlət müəssislərində Rusiyanın dövlət bayrağı endiriləcək» - deyə, mənbə bildirib.

 

Xatırladaq ki, oktyabrın 21-də  Rusiyanın Volqoqrad şəhərində sərnişin avtobusu partladılıb. Nəticədə 7 nəfər həlak olub. Avtobusda 40 nəfər sərnişini olduğu bildirilib. Qalan sərnişinlər isə yaralanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1138
avatar

Oxşar yazılar