Venesiyanı daşqından qoruma sistemi quraşdırılıb
13 oktyabr 2013 06:13 (UTC +04:00)

Venesiyanı daşqından qoruma sistemi quraşdırılıb

Oktyabrın 12-də Venesiyada şəhərin «suyun artım səviyyəsindən» qoruyacaq birinci «Musa» baryer sistemi quraşdırılıb.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, mövsümi-iqlim dəyişməsi ilə əlaqədar ildə 5-7 dəfə suyun səviyyəsi qalxır. Su basma halları şəhərin tarixi-memarlıq binalarına ciddi ziyan vurur. Bu həm də şəhər əhalisinin gündəlik həyatına təsir göstərir.

 

«Musa» sistemindəki qurğular şəhəri Adriatik dənizi ilə əlaqələndirəcək.

 

Ehtimal edilir ki, su dəniz səviyyəsindən 110 sm artanda müdafiə sistemi işə düşəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 788
avatar

Oxşar yazılar