Ukraynanın xarici işlər naziri Leonid Kojar bir daha bəyan edib ki, ölkəsi Suriyaya silah verməyib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, Ukraya Xarici İşlər Nazirliyinin başçısı Yaltada keçirilən 10-cu diskussiya çərçivəsində ölkənin Nikolayevski vilayətinin «Oktyabr» limanı vasitəsi ilə Suriyaya silah tədarükü haqda sualı cavablandırarkən deyib: «XİN rəsmi olaraq, bildirir ki, 2011-ci ildən Suriyaya hərbi təyinatlı heç bir mal verilməyib. Hörmətli qəzetin yazdıqları isə doğru deyil».
ABŞ-da yerləşən «C4ADS» təşkilatının hazırladığı hesabatda bildirilmişdi ki, Rusiya və Ukraynanın silah tacirləri Latviyadakı bankların yardımı ilə silah ticarətini gerçəkləşdirirlər.