Ukrayna prezidenti Timoşenko ilə bağlı söz verib
05 noyabr 2013 04:31 (UTC +04:00)

Ukrayna prezidenti Timoşenko ilə bağlı söz verib

Ukrayna prezidenti Yanukoviç keçmiş baş nazir, məhbus Timoşenkonun xaricdə müalicəsinə yol açan qanunu imzalayacağını vəd edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, parlamentin sədri Vladimir Rıbak bildirib ki, ölkə parlamenti həbsdə olanların xaricdə müalicəsinə yol açan qanun qəbul edəcək və  prezident həmin sənədi  imzalayacağını boyun olub.


V. Rıbakın sözlərinə əsasən, Ali Rada  həbsdə olan keçmiş baş nazirin

Azadlığa buraxılması və xaricdə müalicəsi ilə bağlı 4 qanun layihəsinə baxacaq.

Yuliya Timoşenkonun məsələsi Ukraynanın Avropa Birliyi ilə asosasiativ saziş imzalamasında mühüm amillərdən biridir. Bu məsələ ayın sonunda birliyin Vilnüsdə keçiriləcək «Şərq tərəfdaşlığı» sammitində müzakirə ediləcək əsas mövzulardan və Ukrayna ilə əməkdaşlığın başlıca şərtlərindəndir.

Timoşenkon hazırda «səlahiyyətlərini aşma» ittihamı ilə 7 illik həbs cəzası çəkir və son zamanlar səhhətində ciddi problemlərin yarandığı bildirilir.

 
Onun Almaniyada müalicəyə göndəriləcəyi gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 963
avatar

Oxşar yazılar