Türkiyədən İsrail kəşfiyyatına böyük zərbə
17 oktyabr 2013 13:43 (UTC +04:00)

Türkiyədən İsrail kəşfiyyatına böyük zərbə

 

Türkiyə İsrail kəşfiyyatı üçün çalışan və Türkiyə ərazisində “Mossad” kuratorları ilə görüşən 10 İran vətəndaşı barədə Tehrana məlumat ötürüb.

 

Lent.az-ın verdiyi məlumata görə, bu barədə bu gün “The Vaşinqton Post” qəzeti məlumat yayıb.

 

Bu səbəbdən də “Mossad” Türkiyədə qurduğu İran kəşfiyyat şəbəkəsini buraxmaq məcburiyyətinə qalıb. Bu isə İsrail üçün böyük zərbədir, çünki bu şəbəkəyə cəlb edilmiş İran vətəndaşları ilə Türkiyə ərazisində vaxtaşırı görüşmək və onlara tapşırıq vermək daha asan olub. İsrailin ən yaxın müttəfiqi olan Vaşinqton İran barədə kəşfiyyat məlumatlarının ötürülməsində ciddi rol oynayan şəbəkənin çökməsini İsrail kəşfiyyatı üçün ciddi itki sayır, ancaq bununla bağlı Türkiyənin rəsmi şəxslərinə etiraz bildirilməyib. İsrail hesab edir ki, kəşfiyyat şəbəkəsinin ifşasının arxasında Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan dayanır. Türkiyə ilə 50 ildir ki, əməkdaşlıq edən “Mossad” heç zaman proqnozlaşdırmayıb ki, rəsmi Ankara İsrail agentlərini düşmən dövlət olan İrana sata bilər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1742
avatar

Oxşar yazılar