Britaniyada insanların gündə neçə dəfə əllərini yuması barəsində sorğu keçirilib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda ölkədə çıxan «The Daily Mail» qəzeti yazıb.
Sorğunun nəticələrinə əsasən hər 5 nəfərdən biri , ayaqyolundan çıxandan sonra əlini yumur. Rəyi soruşulanların 10 faizi barmaqlarını yaxalayır, 40 faizi 10 saniyədən az əlini yuyur. Araşdırmaçılar sorğu ilə müəyyən edib ki, britaniyalılar gündə 3-5 dəfə (8-10 dəfə məsləhət görülür) əllərini yuyur.
Sorğu nəticəsində məlum olub ki, kişilər gündə iki dəfə sabundan istifadə edərək əllərini yumaqla gigiyenaya az əmələ edirlər. Halbuki hər on kişidən biri mikroblardan ehtiyat etdikləri üçün ictimai nəqliyyatdan istifadə etmək istəmir.
Ofis işçilərinin 10 faizi ayaq yolunda oturaraq, telefonla İnternetdə izləyir. 5 faizi isə orada sənədləri oxuyur.
Mütəxəssislər əlləri 20 saniyə antibakterial sabunla yumağı məsləhət görür. Ancaq bir qayda olar adamlar bu müddəti ixtisara salır. Araşdırmalara əsasən, hər adamın əlində orta hesabla 10 milyon bakteriya olur. Ona görə də gigiyenaya diqqət yetirilməsi məsləhət görülür.