Taliban İslamabadla danışığa hazır olduğunu bildirib
10 oktyabr 2013 03:51 (UTC +04:00)

Taliban İslamabadla danışığa hazır olduğunu bildirib

Pakistanın «Təhrike-taliban Pakistan» hərəkatının lideri Hakmiulla Məhsud bildirib ki, o, ölkəsinin hakimiyyəti ilə «ciddi danışıqlar aparmağa» hazırdır.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, hərəkat lideri əlavə edib ki, o, danışıqlarda hakimiyyəti təmsil edəcək şəxslərin təhlükəsizliyinə təminat verir. H.Məhsud danışıqların şərtlərini «BBC»-yə açıqlamaqdan imtina edib.

O, vurğulayıb ki, istənilən atəşkəsə nail olmaq üçün ilk növbədə pilotsuz uçan aparatlar «Təhrike-taliban Pakistan»-ın mövqelərini vurmağı dayandırmalıdır.

Bir müddət öncə Pakistanın baş naziri Nəvaz Şərif bildirmişdi ki, «Taliban»la ilkin şərtsiz danışıqları başlamağa hazırdır. Hərəkat isə bunun qarşılığı olaraq, bir sıra şərtlər, o cümlədən Pakistanın şəriət qaydaları ilə idarə olunmasını irəli sürmüşdü.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 610
avatar

Oxşar yazılar