Suriyada Əsədə bağlı olan hərbçilər onlarca insanı qətlə yetirib. Lent.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Yayılan məlumatda qeyd olunur ki, müxalif qüvvələrinə qarşı həyata keçirilən əməliyyatlarda 17-i uşaq, 4-ü qadın olmaqla 65 nəfər qətlə yetirilib.
Suriya İnsan Haqları Təşkilatından verilən açıqlamada bildirilib ki, qətillər ölkənin müxtəlif şəhərlərində baş verib.