Oktyabrın 1-də Suriyada kimyəvi silah bazalarının yoxlanılmasına başlanılacaq.
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya və ABŞ arasında əldə edilən razılaşmaya əsasən BMT ekspertləri noyabr ayında ilkin yoxlamanı başa çatdıracaq.
Suriyanın kimyəvi silah ehtiyatlarının tam ləğvi 2014-cü ilin birinci yarısına planlaşdırılır.