Sudanda silahlı basqın: 53 dinc sakin öldürülüb
24 fevral 2013 00:43 (UTC +04:00)

Sudanda silahlı basqın: 53 dinc sakin öldürülüb

Sudanın qərbində Darfur bölgəsində Əl-Sireaf şəhərində yaraqlıların hücumu nəticəsində 50-də çox dinc sakin həlak olub.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, basqın yerli silahlı ərəblər tərəfindən edilib. «Onlar pulemyotlardan istifadə edirdi. 30 evi yandırıb, 53 nəfər öldürdülər» - deyə, sakinlərdən biri bildirib.

 

Müşahidəçilərin sözlərinə əsasən, olay etniklər və cinayətkar qruplar arası münaqişə nəticəsində baş verib.

Belə qanlı olaylar ucbatından yüz mindən çox əhalisi olan şəhərinə sakinləri qaçqın düşüb.

 

 

Son ildə Darfurun bu bölgəsi hakimiyyət ordusu və çoxsaylı qiyamçı qruplar arasında münaqişənin döyüş meydanına çevrilib. Bundan başqa ərazidə cinayətkar qruplarda fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609
avatar

Oxşar yazılar