İtaliyanın sahil mühafizəsi xidməti bildirib ki, Afrikadan olan azı 13 mühacir Siciliya sahillərində boğulub. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onları gətirən gəmidə 150 çox mühacir olub.
Sərnişinlərini bir hissəsi üzərək sahilə çıxmağa cəhd etsə də, yolda həyatlarını itiriblər.
Mənbə bildirib ki, gəmidəki mühacirlər Eriteriyadandır. Səhil mühafizə xidmətinin qənaətincə, gəmin komandanlığı onları tullanmağa məcbur edib.
Məlumata əsasən, bu ilin yay mövsümündə İtaliyanın cənub sahillərinə minə yaxın mühacirə çıxa bilib. Afrikanın Şimalı ilə yanaşı, Suriyadan da qaçqınlar həmin yolla İtaliyaya mühacirət etmək istəyir.