Misir Müvəqqəti hökumətinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Şərif Şövqi bildirib ki, Sinay yarımadasında yerləşən ölkənin ən məşhur turizm məskəni Şarm Əş-Şeyxdə komendant saatının ləğvi ilə bağlı Turizm Nazirliyinin təklifinə hökumət razılıq verib.
Lent.az-ın məlumatına görə, bu haqda «Reşet Bet» radiostansiyası xəbər yayıb.
Xatırladaq ki, hökumət ölkənin bir sıra əyalətlərində, o cümlədən Qahirə, İsgəndəriyyə, eləcə də Sinay yarımadasının şimal və cunbunda fövqəladə vəziyyət və komendant rejimi tətbiq edib.
Müvəqqəti hakimiyyətin başçısı Ədli Mənsur sərəncamına əsasən, bu rejim tətbiq edilən bölgələrdə saat 19.00-dan 06.00-dək hərəkətə məhdudiyyət qoyulub. Bu vəziyyət bir ay sürəcək.