Sabiq nazirlərin toxunulmazlıqdan məhrum edilməsinə hazırlıq gedir
11 yanvar 2014 13:39 (UTC +04:00)

Sabiq nazirlərin toxunulmazlıqdan məhrum edilməsinə hazırlıq gedir


Türkiyədə 4 nəfər sabiq nazirin toxunulmazlıqdan məhrum edilib məsuliyyətə cəlb olunması ilə bağlı dosye hazırlanaraq Ədliyyə Nazirliyinə göndərilib.


Rüşvət və korrupsiya qalmaqalında adları hallanan keçmiş nazirlər və Ədalət və İnkişaf Partiyasının millət vəkilləri olan Zəfər Çağlayan, Müəmmər Gülər, Egemen Bağış və Ərdoğan Bayraktar haqqında prokurorluğun hazırladığı dosye artıq Ədliyyə Nazirliyində araşdırılır. Ədliyyə naziri Bəkir Bozdağ araşdırma yekunlaşdıqdan sonra dosyenin Böyük Millət Məclisinə göndəriləcəyini açıqlayıb.

Qeyd edək ki, AKP parlamentdə çoxluq təşkil edir. Onlar səs verməsə, keçmiş nazirlərin deputatlıqdan məhrum edilərək mühakimə olunması mümkün deyil.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1119
avatar

Oxşar yazılar