Rusiyalı diplomatı öldürən çeçen çıxdı
19 sentyabr 2013 17:34 (UTC +04:00)

Rusiyalı diplomatı öldürən çeçen çıxdı

Abxaziyada rusiyalı diplomat və xanımını öldürən şəxs yaxalanıb.

 

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sentyabrın 9-da Suxumidə Rusiyanın tanınmamış Abxaziya Respublikasındakı konsulluğunun birinci katibi Dmitri Vişernev və həyat yoldaşı, konsulluğun əməkdaşı Olqa Vişernevanı qətlə yetirən çeçen Yusup Lakayev Gürcüstanda saxlanılıb.

 

Qroznı sakini Yusup Lakayev bundan əvvəl Çeçenistanın Açxoy-Martan Rayon Məhkəməsi tərəfindən silahlılara yardım etdiyi üçün mühakimə olunub, 2011-ci ilin mayında azadlığa buraxılıb. Yusup Lakayev cinayət əməlindən sonra Abxaziyanı tələsik tərk edib. Sentyabrın 13-də Batumidə polislə atışma zamanı yaralı vəziyyətdə yaxalanıb. Moskva və Tbilisi arasında Yusup Lakayevin Rusiyaya ekstradisiya edilməsi barədə razılıq əldə olunub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602
avatar

Oxşar yazılar