Rusiya Hərbi Dəniz Donanmasının gəmiləri NATO-nun 2014-cü ildə keçiriləcək hərbi təlimlərinə qatıla bilər.
Lent.az-ın «qazeta.ru»-ya istinadən məlumatına görə, bunun üçün qurumdan uyğun dəvət göndərilməlidir.
Bu haqda Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qluşko deyib: «Bu, mümkündür. NATO ayrı-ayrı dövlətlərlə belə manevrlər keçirir».
O, Rusiya –NATO «Ayıq səma -2013» hava təlimlərindən danışarkən bildirib ki, həmin tədbirlərdə antterror olayların modelləri üzərində keçirilən əməliyyatlarda belə şəraitə hazırlıq vəziyyəti yoxlamadan keçirilib.